Eddi İsrafilovun adı seks qalmaqalında
12 октября 2016 13:40

İspaniyanın "Eybar" klubunun futbolçuları Antonio Luna və Serxi Enriç bu ölkədə seks qalmaqalı ilə gündəmə gəlib. Azerisport.az xəbər verir ki, onların bir qızla seks videosu internetdə yayılıb.
Həmin qızın adı açıqlanmasa da, İspaniya mətbuatı onun San-Sebastyandakı kaferlərdən birində ofisiant işlədiyini bildirir. Əslində bu hadisə çoxdan baş versə də, indi üzə çıxmasında Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun da adı hallandırılır. Guya həmin videonu internetə məhz millimizin üzvü ötürüb. Hadisənin baş qəhrəmanları buna görə ilk növdədə Eddini günahlandırırlar. Onlar iddia edir ki, İsrafilov "Eybar"da çıxış edərkən həmin videonu yalnız ona göstəriblərmiş.