1 ноября 2012 02:22
Almaniya kuboku: Bundesliqa klubu şokda! (YENİLƏNİB)
Futbol üzrə Almaniya kubokunda ikinci mərhələnin oyunları keçirilirb Azerisport.az xəbər verir ki, bir oyundan ibarət bu mərhələdə 32 klub mübarizə aparıb.
Onlar növbəti mərhələyə adlayacaq 16 xoşbəxtin adını müəyyənləşdirəcəklər. İlk oyun günündə səkkiz görüş baş tutub. “Munich 1860”, “Freiburg”, “Augsburg”, “Cologne”, “Mainz”, “Schalke”, “Bochum” və Dortmund “Borussia”sı növbəti mərhələyə adlamağın sevincini yaşayıb.
Qalan 8 qalibin adına isə ikinci oyun günündə aydınlıq gəlib. "Bayer", "Karlsruhe", "Kickers Offenbach", "Stuttgart", "Bayern", "Fortuna", "Hannover" və "Wolfsburg" üçüncü mərhələyə vəsiqə qazanıb. Mübarizəni dayandıranlar arasında isə xüsusilə Münhenqladbax "Borussia"sının adı diqqət çəkir. Bundesliqa klubu aşağı liqa təmsilçisinə məğlubiyyətdən yaxa qurtara bilməyib.
Almaniya kuboku
İkinci mərhələ
30 oktyabr
Berliner - Munich 1860 – 0:3
Braunschweig – Freiburg – 0:2
Preussen Munster – Augsburg – 0:1
Wormatia Worms – Cologne – 0:0 (penaltilərlə - 3:4)
Mainz - Erzgebirge Aue – 2:0
Schalke – Sandhausen – 3:0
TSV Havelse – Bochum – 1:3
VfR Aalen - Borussia (Dortmund) – 1:4
31 oktyabr
Arminia – Bayer - 2:3
Karlsruhe - Duisburg - 1:0
Kickers Offenbach - Union Berlin -2:0
Stuttgart - St. Pauli - 3:0
Bayern - Kaiserslautern - 4:0
Fortuna – Borussia (Münhenqladbax) - 1:0
Hannover - Dinamo (Drezden) - 1:1 (penaltilərlə - 4::3)
Wolfsburg - FSV Frankfurt - 2:0