16 декабря 2012 12:18
Rasim Ramaldanov: Əsas hədəfimiz avrokuboklara vəsiqə qazanmaqdı
“Simurq”un kapitanı Rasim Ramaldanov Topaz Premyer Liqasının 17-ci turunun “Qəbələ” ilə oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- “Qəbələ” ilə oyundan nə gözləyirsiz?
- Çətin oyun olacaq. Özü də səfərdə oynayacağıq. Rəqib komandanın heyətində fərdi cəhətdən güclü futbolçular, yaxşı ifaçılar, qol vuran hücumçular var. Bizə ehtiyatlı olmaq lazımdı ki, xal itirməyək. “Simurq”un qarşısında qələbə qazanmaq hədəfi var.
- Rəqibin heyətində kimi fərqəndirə bilərsiz?
- “Qəbələ”də çox güclü üçlük var – Dodo, Kamanan və Mendi. Onlar bir-birini çox yaxşı başa düşürlər.

- “Simurq”un artıq ilk altılıqdakı yerini təmin etdiyini demək olar?
- Hələ heç kim heç nəyi təyin etməyib. Bizim hələ çoxlu oyunumuz qalır. Hər xal itkisi böyük dəyişikliklərə səbəb ola bilər. Qalan oyunlarımızda qələbə qazanmaq istəyirik ki, qış fasiləsinə yaxşı əhval-ruhiyyədə çıxaq. Fevral ayında klublarımız üçün çox çətin olacaq. Çünki təlim-məşq toplanışlarından sonra çempionata başlamaq heç də asan olmur.

- Komandanın qarşısına bu mövsüm hansı vəzifə qoyulub?
- “Simurq” bu il ötən mövsümlə müqayisədə daha yaxşı oyun sərgiləyir. Baş məşqçi komandanın hər bir üzvünü yaxşı tanıyır, nəyə qadir olduğunu biliri. Amma biz hələ heç nəyə nail olmamışıq. Bu gün üçün əsas hədəfimiz ilk altılığa düşməkdi. Sonra nə üçün mübarizə aparacağımızı buna nail olduqdan sonra müəyyənləşdirəcəyik. Təbii ki, hər bir komanda kimi, biz də avrokuboklara vəsiqə qazanmağı çox istəyirik.

- “Simurq” üçün ən çətin rəqib hansıdı?
- Fikrimcə, biz nisbətən çətin oyunumuzu “İnter”ə qarşı keçirdik. Onların taktikası bizim üçün heç də münasib deyildi. Düzdü, son qarşılaşmada onları məğlub etdik. Amma buna çox çətinliklə nail olduq. Həm də aparıcı futbolçularından bəziləri bizə qarşı oynaya bilmirdi. Əsas odu ki, bu komandaya qalib gəldik və bunun yolunu öyrəndik.

- Lider olmaq necədi?
- Komandanın liderlər qrupunda yer alması komanda üzərində təzyiqi artırır. Çünki xal itirmək istəmirik. Azarkeşlərimiz üçün oynayırıq. Onlar bizi çox yaxşı dəstəkləyirlər.