2 марта 2016 18:00

Syomin: Azərbaycanda ən böyük azarkeş ordusuna malik klub Xəzər Lənkərandır

"Qəbələ"nin sabiq baş məşqçisi Yuri Syomin Azərbaycanda çalışdığı günləri yada salıb, futbolumuzla bağlı fikirlərini bölüşüb. Azerisport.az sizi həmin açıqlamalarla tanış edir:

"Azərbaycanla bağlı ən xoş xatirələrim qalıb. Bakı Sovet dövrü ilə müqayisədə çox dəyişib. Bu şəhər hazırda ultramüasir paytaxta çevrilib. Bakıda Avroviziya mahnı müsabiqəsi, daha sonra ilk Avropa oyunları təşkil olundu. Bu şəhərdə Avropa səviyyəli üç böyük futbol arenası mövcuddur. Mənim yaşadığım Qəbələ isə kiçik şəhərcikdir.

"Qəbələ"də mənim üçün superideal şərait yaradılmışdı. "Qəbələ"də olan əla məşq meydançaları hətta Rusiyanın əksər klublarında yoxdur. Bu bazanı bir neçə il öncə ingilislər inşa ediblər. Bazanın ərazisində yeddi futbol meydançası var. Onlardan da sadəcə, biri süni örtüklüdür. Orada həmçinin uşaq futbol akademiyası da mövcuddur. Hansı ki, bu akademiyada bütün ölkə ərazisindən cəlb olunmuş 400 uşaq təhsil alır.

Azərbaycan çempionatını izləyirəm. "Qəbələ" rəhbərliyi ilə indi də söhbətləşirəm. Azərbaycan futbolunun gücü mənə hələ də maraqlıdır. Azərbaycan Premyer Liqasında bir neçə güclü komanda var. Bakını təmsil edən "Neftçi", "İnter", Ağdamın "Qarabağ" klubu, eləcə də "Qəbələ"ni bu sıraya aid etmək olar. Amma mənə elə gəlir ki, hazırda çempion tituluna yalnız iki klub iddialıdır - "Qəbələ" və "Qarabağ".

Azərbaycan futbolundakı problemlərə gəlincə, ilk növbədə klubların aşağı səviyyəli legionerlərə bel bağlamasını qeyd edərdim. Hansı ki, eyni problem Rusiyada da var. Bundan əlavə bu ölkənin çempionat oyunlarında azarkeş fəallığı çox aşağı səviyyədədir. İndi Azərbaycanda yalnız avrokubok oyunları zamanı yaxşı nəticələr qazanan komandaların ev oyunlarına çox azarkeş toplaşır. Məsələn, bu mövsüm "Qarabağ"la "Qəbələ" Avropa Liqasının qrup mərhələsində çıxış etdi. Bu tarixi bir nəticə idi. Bu üzdən də həmin oyunlarda bu klubları bütün ölkə dəstəkləyirdi.

"Qəbələ" azarkeşləri üçün ən prinsipial oyunlar "Neftçi" və "Qarabağ"la görüşlər hesab olunurdu. Bu komandalarla səfər oyunlarımıza da azı min azarkeş gəlirdi. Azarkeşlərimiz ən çox məhz bu komandalar üzərində qələbə qazanmağımızı arzulayırdılar. Çünki "Neftçi" ölkə futbolunun flaqmanıdır, "Qarabağ" isə hazırda ölkənin ən güclü komandasıdır. Amma ən böyük azarkeş ordusuna malik komanda "Xəzər Lənkəran"dır. Çox təəssüf ki, hazırda bu klub Premyer Liqada qalmaq uğrunda mübarizə aparır. "Qəbələ"də çalışdığım dövrdə "Xəzər Lənkəran"la səfər oyunlarımızda həmişə anşlaq olurdu. Lənkəranlı azarkeşlər həmişə stadionda inanılmaz atmosfer yaradırdılar".

(Moskva-Bakı)

Похожие новости

Футбол 15 июня

ЧМ-2026. Испания против Кабо-Верде, Бельгия сыграет с Египтом

Продолжается чемпионат мира-2026 по футболу, проводимый в Мексике, Канаде и США.
Футбол 15 июня

АФФА договорилась с нидерландским специалистом

Стал известен новый технический директор АФФА.
Футбол 15 июня

Сабах сыграет с румынским клубом. Но возможна отмена игры

Румынский клуб «Университатя» (Крайова) объявил о проведении товарищеского матча с азербайджанским футбольным клубом «Сабах».
Футбол 15 июня

Английский новичок Маккаби: В Азербайджане не было такого понятия, как легкий матч

Английский вингер Кайл Спенс, недавно покинувший азербайджанский футбольный клуб «Карван-Евлах» и перебравшийся в израильский «Маккаби» (Петах-Тиква), ответил на вопросы azerisport.com.
Футбол 15 июня

Карабах договорился с португальцем

В ближайшее время азербайджанский футбольный клуб «Карабах» объявит о подписании нового легионера.
Футбол 15 июня

ЧМ-2026. Боевая ничья Нидерландов и Японии, разгром от Швеции, тяжелая победа Кот-д'Ивуара

Продолжается чемпионат мира-2026 по футболу, проводимый в Мексике, Канаде и США.
Футбол 15 июня

Пять новых легионеров в МПЛ

Azerisport.com представляет список футболистов, которые пополнили и покинули ряды клубов Мисли премьер-лиги Азербайджана после завершения сезона 2025/26 и в летнее трансферное окно.
Футбол 15 июня

Подвешенное состояние перед евростартом

Если в Лиге чемпионов и Лиге Европы по футболу Азербайджан представят по одному клубу, то в Лиге конференций уже двое.
Футбол 14 июня

После Шамахы в Армению

Бразильский защитник Сезар, в начале этого месяца расставшийся с азербайджанским футбольным клубом «Шамахы», продолжит карьеру в Армении.