Fotoreportaj|Video|На русском

Futbol

“Mpenzanın işi” sənədlərdə. Neftçi belçikalıya niyə uduzdu?

9 fevral 2016 16:10
Bu günlərdə “Neftçi” klubunun keçmiş vitse-prezidenti Tahir Süleymanov azerisport.az-a müsahibəsində “Mpenzanın işi” ilə bağlı məsuliyyətin bütünlüklə klubun hazırkı rəhbərliyinin üzərinə düşdüyünü demişdi. Tahir Süleymanov bildirmişdi ki, onun “Neftçi”də işlədiyi dövrdə Mpenza öz istəyinə çata bilməyib. Eks-vitse-prezident bu işlə bağlı Lozannada keçirilmiş İdman Arbitraj Məhkəməsində iştirak etməməsi səbəbini bilmədiyini də qeyd etmişdi.
“Mpenzanın işi” ilə bağlı məsələnin təfərrüatları haqqında informasiya azlığı səbəbindən azerisport.com “Neftçi” klubuna rəsmi sorğu ilə müraciət etdi. Müraciətdən bir gün sonra sorğuya cavab olaraq belçikalının klubla münasibətlərini əks etdirən sənədlər bizə təqdim olundu.
Beləliklə...
Qısa xatırlatma: Emil Mpenza “Neftçi” klubuna 2010-cu ilin avqust ayında transfer olunub. Karyerası ərzində “Mançester Siti” və “Hamburq” kimi klublarda oynamış, Belçika millisinin formasını geyinmiş hücumçu ilə “Neftçi” 3 illik müqavilə imzalayıb. Qəribə də olsa deyək ki, həmin vaxt Emil Mpenza 33 yaşında idi. 33 yaş və 3 illik müqavilə?!
2012-ci ilin yanvar ayında “Neftçi” Antalyada təlim-məşq toplanışında olan zaman Mpenza zədəli olduğunu əsas gətirərək klubun düşərgəsini tərk edib.
Mpenza əsrin əvvəllərində Belçikanın ən parlaq hücumçularından sayılırdı. Sizə təqdim etdiyimiz videoda “Hamburq” azarkeşlərinin belçikalı hücumçu üçün təşkil etdiyi qarşılama mərasimi dediklərimizi bir daha sübut edir. (30-cu saniyədən etibarən baxın):
“Neftçi” – Mpenza münasibətləri 23 yanvar 2012-ci il tarixindən etibarən maraqlı məcra almağa başladı. Əvvəlcə klub futbolçunun maraqlarını qoruyan “Europe Sports IZC Management” agentliyinə Mpenzanın Çin, Belçika, yaxud Qatar klublarından birinə keçməsi üçün icazə sənədi verdi. Şərtə görə, “Neftçi” bu keçiddən 400 min avro qazanmalı idi. Əgər futbolçunun transfer dəyəri 400 mindən artıq olsaydı, bu məbləğ klub və agentlik arasında bölünməliydi. “Neftçi” tərəfindən verilən bu icazə sənədi yalnız 23-27 yanvar tarixlərində qüvvədə idi. Sənəd klubun o zaman vitse-prezidenti olmuş Tahir Süleymanov tərəfindən imzalanmışdı.
SƏNƏD 1
7 fevral 2012-ci il tarixində “Neftçi” Mpenzanın meneceri Cefri Engelbertə ikinci icazə sənədini göndəririr. Bu dəfə sənədin qüvvədə olma tarixi fevralın 15-ə qədər, yəni 8 gün idi. Belçikalı futbolçuya qoyulan əvvəlki qiymət də iki dəfə azaldılmışdı. Əvvəlcə 400 min avro məbləğində qoyulan qiymət bu sənəddə 200 min avroya endirilmişdi. Bu sənəd də Tahir Süleymanov tərəfindən imzalanmışdı.
SƏNƏD 2
11 fevral 2012-ci il tarixində “Neftçi” FİFA-ya məktub ünvanlayır: “Sizi məlumatlandırırıq ki, “Neftçi” PFK-ya məxsus futbolçu Emil Lokonda Mpenzaya 22 dekabr - 10 yanvar tarixlərində klub tərəfindən istirahət verilib. Bu müddətdə Mpenza bizə başqa kluba keçmək istəməsi ilə bağlı məlumat verib. Əks təqdirdə o, hazırkı komandasının, yəni “Neftçi”nin 11 yanvar – 4 fevral tarixləri aralığında Antalyadakı təlim-məşq toplanışına qatılmalıdır. Yanvar ayının 17-dək klubun düşərgəsində olan Emil Mpenza “Dinamo” Drezden klubu ilə oyundan sonra məşqlərdə iştirakdan imtina edərək klubun hazırlıq keçdiyi “Mardan” İdman Kompleksini tərk etmişdir. Klub rəsmiləri onun ardınca İstanbula yollansalar da, futbolçu Antalyaya qayıtmadı. Hazırda Emil Mpenza Belçikadadır və biz milli çempionatın oyunlarına hazırlığımızı davam etdiririk. Bu hərəkətlər peşəkar futbolçuya yartaşmır. Və o, bununla müqavilə şərtlərini kobud surətdə pozur. “Neftçi” PFK klubdaxili İntizam kodeksinə uyğun olaraq komandadaxili ab-havanı pozan futbolçunun cəzalandırılmasını nəzərdə tutur”.
Məktub “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov tərəfindən imzalanıb.
SƏNƏD 3
16 fevral 2012-ci il tarixdə “Neftçi” futbolçunun menecerinə ABŞ-ın “Kolorado Rapids” klubuna keçməsi üçün növbəti icazə sənədini təqdim edir. Transferin dəyəri 200 min avro məbləğində qiymətləndirilir. Sənəd “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov tərəfindən imzalanıb.
SƏNƏD 4
Sonuncu, 4-cü icazə sənədi 2012-ci ilin 20-25 fevral tarixlərində qüvvədə olub və futbolçunun oradakı transfer dəyəri 200 min avro məbləğində göstərilib.
SƏNƏD 5
Amma... 21 fevral 2012-ci il tarixində “Neftçi” Mpenza və FİFA-ya müqavilənin pozulması haqqında bildiriş göndərib. Bildirişdə deyilir:
“Bildiyiniz kimi “Dinamo” Drezdenlə 17 yanvar 2012-ci ildə keçirilmiş yoxlama oyunundan (siz zədə almamaq üçün komanda ilə məşq etmək istəmədiniz) sonra siz heç bir izahat vermədən komandanın düşərgəsini tərk etdiniz. Biz bununla bağlı iki dəfə FİFA-ya müraciət edərək sizinlə FİFA və digər vasitələrlə əlaqə yaratmağa çalışsaq da, hələ də kluba qayıtmamısız. Bu davranış FİFA-nın 17-ci Nizamnaməsinə görə müqavilənin pozulması deməkdir. Rəsmi xəbərdarlığımıza uyğun olaraq bildiririk ki, 1 avqust 2010-cu ildən, 30 iyun 2013-cü ilədək klub ilə futbolçu arasında bağlanmış müqavilə, oyunçunun davranışı səbəbindən xətm olunub. Biz Mpenzaya görə FİFA-nın Mübahisələrin həlli palatasına müraciət edərək maddi kompensasiya və sanksiya tələb edəcəyik”.
Sənəd “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov tərəfindən imzalanıb. Bir daha təkrar edirik ki, sənəd 21 fevral 2012-ci il tarixində göndərilib.
SƏNƏD 6
13 mart 2012-ci il tarixdə “Neftçi” FİFA-ya şikayət edərək Mpenzadan 702500 avro məbləğində təzminat və futbolçunun 4 aylıq diskvalifikasiyasını tələb edir.
SƏNƏD 7
Belə olan halda çox maraqlı vəziyyət yaranır. Eyni vaxtda futbolçuya və agentinə başqa klubla danışıq aparmaq icazəsi verən “Neftçi”, digər tərəfdən FİFA-ya şikayət edərək təzminat tələb edir. Futbolçuya verilmiş icazə sənədinin müddəti 25 fevrala kimi olduğu halda hansı məntiqlə FİFA-ya 21 fevral tarixində müqaviləyə xitam verilməsi barədə bildiriş ünvanlanır? Maraqlıdır ki, hər iki sənəddə eyni şəxsin - Tahir Süleymanovun imzası var. Belə olan halda məlum olur ki, İLK OLARAQ məhz “Neftçi” Mpenza barəsində FİFA-ya şikayət ünvanlayır. Halbuki futbolçu klubu ilə problemin bu həddə çatmasını istəmirdi. Vəziyyətin bu cür olduğunu görən Mpenza özünü müdafiə məqsədilə FİFA-ya əks şikayət ünvanlayır. Nəticədə əks şikayət təmin edildiyi halda, şikayətə müsbət cavab verilmir.
21 yanvar 2015-ci ildə FİFA “Neftçi”nin Mpenzaya 1 milyon avro məbləğində təzminat ödəməli olması haqda futbolçunun xeyrinə qərar çıxarır. Buna səbəb futbolçuya icazə sənədinin qüvvədə olduğu tarixdə klubun FİFA-ya müqaviləni xitam verilməsi barədə bildirişin göndərməsi, bununla da klubun o zamankı vitse-prezidentinin qeyri-peşəkar davranışı göstərilir. Bununla yanaşı, qeyd edilir ki, “Neftçi” Mpenzaya özünə yeni klub tapması üçün 1 il möhlət verməyib və dolayısı ilə müqavilənin xətm olunması üçün şərait yaradıb. Halbuki futbolçu müqavilənin pozulmasını tələb etməyib.
FİFA-ya göndərilmiş ilk məktubda “Neftçi” Mpenzanın heç bir səbəb gətirmədən komanda ilə məşq etmədiyini qeyd edib, ikinci sənəddə isə qeyd olunur ki, belçikalı zədə almaqdan qorxduğu üçün
belə edib. Göründüyü kimi iki məktub bir-birini təkzib edir.
“Neftçi” o zamankı klub rəhbərlərindən birinin işə məsuliyyətsiz yanaşması nəticəsində uğursuzluqla qarşılaşıb. Bir neçə ay əvvəl “Neftçi”nin o zamankı baş məşqçisi Böyükağa Hacıyevin dediklərini xatırlayaq: “Biz Antalyada olanda Mpenza onun sağlamlığında problem olduğunu demişdi. O nədənsə bizim həkimlərə etibar etmirdi. İcazə aldıqdan sonra Mpenza müalicəsi üçün öz vətəninə yollandı”.
Yeri gəlmişkən, Mpenzanın iş ilə bağlı İdman Arbitraj Məhkəməsindəki Apellyasiya prosesi zamanı bu məqama xüsusi diqqət yetirilib. Bəs Mpenza zədə almaqdan qorxurdu? Bəs Mpenza heç kimə izahat verməmişdi? Bəlkə Mpenza Böyükağa Hacıyevin dediyi kimi doğrudan da icazə almışdı? Nə üçün sənədlər və müsahibə bir-birini təkzib edir? Bəlkə “Neftçi” tərəfi “Mançester Siti” və “Hamburq”da ad çıxarmış, özünü yetərincə intizamlı aparmış futbolçunun əleyhinə FİFA-nın qərar çıxaracağına ümid edirdi? Bu məsuliyyətsizlikdir, yoxsa bilərəkdən edilmiş hərəkət?
2015-ci ilin dekabr ayında “Neftçi” FİFA-nın qərarına etiraz olaraq apellyasiya şikayəti ünvanladı. İdman Arbitraj Məhkəməsi şikayəti təmin etmədi.
Bu materiallar “Mpenzanın işi”nə görə kimisə gühanlandırmaq cəhdi deyil. Onsuz da “Neftçi” futbolçuya bu məbləği ödəməlidir, əks halda klubu ağır cəzalar gözləyir. Əslində bu bütün klublarımıza dərs olmalıdır. Hərdən FİFA tərəfindən klublarımıza təzyiq olunduğu kimi söz-söhbətlər və açıqlamalar gündəmə gəlir. Amma birdəfəlik anlamalıyıq ki, FİFA-nın Azərbaycan futbolçu ilə heç bir qərəzi yoxdur. Sadəcə diqqətli və məsuliyyətli olmaq yetər.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah