Sentyabr ayının ən yaxşı futbolçusu bəlli oldu
5 oktyabr 2012 12:39
Sentyabr ayının ən yaxşı futbolçusu müəyyənləşib. Azerisport.az saytının apardığı sorğu nəticəsində futbolsevərlərin rəyinə əsasən Səlahət Ağayev ötən ayın ən güclü futbolçusu seçilib.
“Sumqayıt”ın qapıçısı respondentlərin 25 faizlik səs çoxluğunu (169 səs) qazanıb.
Ağayevin ən yaxın izləyicisi AZAL-ın hücumçusu Junior Nildodu. Belə ki, yeni mövsümün bombaridi səslərin 24 faizini toplaya (161 səs) bilib.
Üçüncü yeri isə “Sumqayıt”ın oyunçusu Pərdis Fərcad Azad tutub. O, əsas rəqiblərilə müqayisədə bir qədər az – 17 faiz (115) səs toplayıb.