Aprel ayının ən yaxşısı bəlli oldu
4 may 2013 01:27
Aprel ayının ən yaxşı futbolçusu müəyyənləşib. Azerisport.az saytının apardığı sorğu nəticəsində futbolsevərlərin rəyinə əsasən Ağabala Ramazanov ötən ayın ən yaxşı futbolçusu seçilib.
“Xəzər Lənkəran”ın gənc hücumçusu respondentlərin 27 faizlik səs çoxluğunu (333 səs) qazanıb.
Ramazanovun ən yaxın izləyicisi “Neftçi”nin futbolçusudu. Bu, yarımmüdafiəçi Araz Abdulllayevdi. O, səslərin 23 faizini (131) toplayıb.
Üçüncü yeri isə “Qarabağ”ın forvardı Vüqar Nadirov tutub. O, əsas rəqiblərilə müqayisədə bir qədər az – 21 faiz (253) səs toplayıb.