Azərbaycandan Polşa ilə sülh, Gürcüstan üzərində qələbə (YENİLƏNİB)
6 sentyabr 2012 22:00

Türkiyənin İstanbul şəhərində təşkil olunan Ümumdünya Şahmat Olimpiadası davam edir. Azerisport.az xəbər verir ki, bu gün 9-cu turun oyunları keçirilib.
Azərbaycanın kişilərdən ibarət yığması doqquzuncu görüşündə Polşa ilə üz-üzə gəlib. Baş məşqçi Vladimir Tukmakov Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Qədir Hüseynova güvənib. Onların cəhdləri isə yalnız 2:2 hesablı heç-heçəyə yetib. Çünki Şəhriyarın qələbə qazandığı turda Teymur məğlubiyyətlə üzləşib. Raufla Qədir isə rəqibləri ilə xal bölgüsünə razılaşıblar.
Qadınlardan ibarət yığmamız isə bu tur Gürcüstan ilə qarşılaşıb. Qızlarımızdan Zeynəb Məmmədyarova rəqibini məğlub edib, Gülnar Məmmədova, Nərgiz Umudova və Xəyalə İsgəndərova isə heç-heçə ilə kifayətlənib. Beləcə, komandamız 2,5:1,5 hesablı qələbəyə sevinib.
Qeyd edək ki, hazırda kişilərdən ibarət yığmamız 13 xalla 9-cu pillədədi. Elə qızlarımız da 13 xalla 9-cu yerdə gedir.