Azərbaycanın son rəqibləri Belarus və Hindistan oldu
8 sentyabr 2012 03:34

Türkiyənin İstanbul şəhərində təşkil olunan Ümumdünya Şahmat Olimpiadası davam edir. Azerisport.az xəbər verir ki, bu gün turnirdə istirahət günüdü.
Amma yığmamızın həlledici – 11-ci turdakı rəqibləri məlumdu. Belə ki, Azərbaycanın kişilərdən ibarət yığması sonuncu görüşündə Hindistan ilə üz-üzə gələcək. Qadınlardan ibarət yığmamız isə bu tur Belarusla qarşılaşacaq.
Qeyd edək ki, hazırda kişilərdən ibarət yığmamız 13 xalla 16-cı pillədə qərarlaşıb. Qadınlardan ibarət yığmamız isə 13 xalla 18-ci pillədə qərarlaşıb.