Rəcəbovla Məmmədyarov fərdi mükafata layiq görüldü
10 sentyabr 2012 00:37

Xəbər verdiyimiz kimi, Türkiyənin İstanbul şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadası başa çatıb. Azerisport.az xəbər verir ki, Azərbaycanın kişilərdən ibarət yığması Olimpiadada 10-cu, qızlardan ibarət millisi isə 28-ci olub.
Azərbaycan yığmasının iki üzvü isə fərdi mükafata layiq görülüb. Bunlar Şəhriyar Məmmədyarovla Teymur Rəcəbovdu.
Şəhriyar üçüncü lövhədə 10 xal toplamaqla bütün rəqiblərini qabaqlamağı bacarıb. Teymur isə birinci lövhədə 9 xal toplamaqla ən yaxşı göstəriciyə imza atıb.