“Ermənistan Bakıda baş tutacaq Olimpiadada iştirak etməyəcək”
11 sentyabr 2012 01:04

Ermənistanın şahmat yığmasının üzvü Sergey Movsesyan 2016-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şahmat Olimpiadasına dair fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Olimpiada-2016 səhv etmirəmsə, dörd il sonra keçiriləcək. Sonda Olimpiadanın Bakıda keçirilməsinə qərar verildi. Amma indiki vəziyyət elədi ki, bizim yığma bu turnirdə iştirak edə bilməyəcək. Əlavə nəsə demək istəmirəm. Əgər dörd il sonra nəsə dəyişsə... Hər halda bunu heç kim bilmir”.