Planetin ən güclüləri sırasında 8 azərbaycanlı
3 oktyabr 2012 16:22

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb. Azerisport.az xəbər verir ki, planetin ən güclü 100 kişi, qadın və gənc şahmatçısının siyahısında 8 həmyerlimiz yer alıb.
Kişi qrossmeysterinin siyahısına 2843 xalla norveçli Maqnus Karlsen başçılıq edir. İlk onluqda Azərbaycan millisinin 1 üzvü yer alıb. Təmsilçilərimiz arasında ən yüksək göstəriciyə malik Teymur Rəcəbov 2792 xalla dünya dördüncüsüdü. Yüz ən yaxşı arasında daha 2 şahmatçımız qərarlaşıb. 2748 xalı olan Şəhriyar Məmmədyarov 14-cü, ondan 11 xal geridə olan Vüqar Həşimov 17-ci pillədədi.
Qadınların reytinqində təmsilçilərimiz reytinq cədvəlində yer ala bilməyiblər.
Əvəzində gənclərin reytinqində 3 şahmatçımız yer alıb. Eltac Səfərli (2616) 11-ci, Vasif Durarbəyli (2584) 20-ci, Nicat Abbasov (2461) 89-cu sıradadı. Qızların reytinqində Xəyalə Abdulla 2223 xalla 46-cı, Nərmin Kazımova 2209 xalla 54-cüdü.