Yığmamız komandalararası dünya çempionatına yola düşür
7 oktyabr 2012 12:03

Oktyabrın 21-dən 29-dək Əl-Aynda (Birləşmiş Ərəb Əmirlikləri) şahmat üzrə komandalararası dünya çempionatı keçiriləcək. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının da iştirak edəcəyi dünya birinciliyində cəmi 32 yığma komanda qüvvəsini sınayacaq.
Azərbaycan, Macarıstan, Almaniya, Braziliya, Qazaxıstan, Misir, BƏƏ, Hollandiya, Sloveniya, İsveç, Rumıniya, Serbiya, Latviya, Ukrayna, ABŞ, Kanada, Kuba və başqa ölkələri təmsil edən bu komandalar hər biri dörd yığmadan ibarət olmaqla səkkiz qrupa bölünəcəklər. Qrup mərhələsindən sonra komandalararası dünya çempionatı nokaut sistemi üzrə keçiriləcək. 1/8 finala hər qrupdan iki yığma çıxacaq.