Azərbaycan klubu Avropa Kubokunun qalibi oldu
18 oktyabr 2012 14:06

İsrailin Eylat şəhərində Avropa klubları Kuboku yarışları başa çatıb. Azerisport.az xəbər verir ki, sonuncu, yeddinci turda Rusiyanın “Tomsk-400” klubu ilə oynayan Azərbaycanın “SOCAR-Azerbaijan” klubu 5:1 hesabı ilə qalib gəlib.
“Sankt-Peterburq Şahmat Federasiyası” komandası ilə eyni sayda - 12 xal toplayan “SOCAR-Azerbaijan” əlavə göstəricilərə görə bu komandanı üstələmiş və çempion olub.
11 xal toplayan Rusiyanın “ŞSM-64” komandası üçüncü yeri tutub.