Bakı rəsmən olimpiadanın ev sahibi seçildi
28 noyabr 2012 14:14

Bakıda keçiriləcək şahmat üzrə 2015-ci il Dünya Kuboku və 2016-cı il Şahmat Olimpiadası ilə əlaqədar müqavilənin rəsmi imzalama mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, müvafiq sənədləri Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İllümjinov, Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov, eləcə də gənclər və idman naziri Azad Rəhimov imzalayıblar.
Tədbirin ardından mətbuat konfransı keçirilib.