Bakı şəhərlər arasında dünya çempionatını gümüş medalla bitirdi
29 dekabr 2012 15:18
Bakı komandası şəhərlər arasında şahmat üzrə Əl-Əyndə (BƏƏ) keçirilmiş dünya çempionatının gümüş medalını qazanıb. Azerisport.az xəbər verir ki, finalda komandamızın rəqibi Hollandiyanın Hogeven şəhəri olub.
Görüş 2,5:1,5 hesabı ilə Hogevenin xeyrinə başa çatıb. Final görüşün nəticələri belədi: Eltac Səfərli – Aniş Giri – 0,5:0,5, Rauf Məmmədov – İvan Sokolov – 0,5:0,5, Nicat Məmmədov - Sergey Tivyakov - 0:1, Vasif Durarbəyli - Yan Smets – 0,5:0,5.