Azərbaycan çempionatı başa çatdı
27 yanvar 2013 02:46

Respublika Şahmat Mərkəzində keçirilən kişilər arasında şahmat üzrə Azərbaycan çempionatı başa çatıb. Azerisport.az xəbər verir ki, beynəlxalq qrossmeyster, beynəlxalq usta və müxtəlif yaş qruplarında dünya və Azərbaycan birinciliklərinin qaliblərinin iştirakı ilə keçirilən çempionatda doqquz mümkün xaldan yeddi xal toplamış Zaur Məmmədov birinci olub.
İkinci yeri isə altı xalla Vüqar Rəsulov tutub.
Qeyd edək ki, çempionatda birinci və ikinci yerləri tutan şahmatçılar mayda Polşada keçiriləcək kişilər arasında şəxsi Avropa çempionatına vəsiqə qazanıblar.