Eltac Səfərli qələbə qazandı
11 mart 2013 08:28
Şahmatçımız Eltac Səfərli Makedoniyada keçirilən beynəlxalq “Karpos Open” turnirinə üçüncü qələbəsini qazanıb. Azerisport.az xəbər verir ki, üçüncü turda Səfərli ağ fiqurla oynayaraq serb Aleksandr İnciç üzərində qələbə qazanıb. Hazırda Səfərli liderlər qrupunda qərarlaşıb.