Naxçıvan Open-2013 şahmat festivalı başa çatdı
2 may 2013 15:58

Naxçıvan şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş “Naxçıvan Open -2013” beynəlxalq şahmat festivalı başa çatıb. Azerisport.az xəbər verir ki, İsveçrə sistemi üzrə keçirilmiş festivalın “A” turnirində hesabında 6 xalla və əlavə göstəricilərə görə İqor Kurnosov (Rusiya) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Yarışda ikinci yeri Aleksandr Şimanov (Rusiya), üçüncü yeri isə qrossmeysterimiz Qədir Hüseynov tutub.
Festivalın “B” turnirində Fariz Əhmədov birinci, Aryan Qolami (İran) ikinci, FİDE ustası Günay Məmmədzadə isə üçüncü olub.
“C” turnirinin (12 yaşadək uşaqların turniri) qalibi 9 oyundan 8 xal toplamış Murad İbrahimli olub. Şahmatçılar Bayram Qurbanov və Kənan Qarayev hər ikisinin hesabında 7,5 xalla ikinci üçüncü yerləri bölüşdürüblər.
Qeyd edək ki, festivalda 16 ölkədən 250 şahmatçı, o cümlədən 30 qrossmeyster, 13 beynəlxalq usta və 10 FİDE ustası iştirak edib.