Həmyerlimiz dünya çempionu oldu
15 may 2013 00:09
Yunanıstanın Halkidiki şəhərində məktəblilərin dünya çempionatı başa çatıb. Azerisport.az xəbər verir ki, çempionatın sonuncu - doqquzuncu turunda şahmatçımız Miradil Zeynallı (2142) Pavel Çernışovı (Rusiya) məğlub edərək 15 yaş oğlanlar arasında dünya çempionu titulu qazanıb.