“Şah” taca 2-ci dəfə iddialı oldu
6 oktyabr 2013 00:54
Azərbaycanın aparıcı qrossmeysteri Şəhriyar Məmmədyarov karyerasında ikinci dəfə şahmat tacı uğrunda mübarizə aparmaq imkanı qazanıb. Azerisport.az xəbər verir ki, təcrübəli idmançı buna 6 mərhələli qran-pri yarışlarının yekununda 2-ci yer tutması ilə nail olub.
Dünya çemponu adına iddiaçıların rəqabəti gələn il start götürəcək. Yarışın məkanı yaxın günlərdə Estoniya paytaxtı Tallinndə keçiriləcək FİDE-nin Konqresində müəyyənləşəcək.