Teymur sülhlə başladı
7 oktyabr 2013 22:55
Bu gün Rumıniya paytaxtı Buxarestdə beynəlxalq «Kings» şahmat turniri start götürüb. Azerisport.az xəbər verir ki, bu yarışda həmyerlimiz Teymur Rəcəbov (2733) da mübarizə aparır.
İlk matçda qrossmeysterimiz ağ fiqurlarla rusiyalı Ruslan Ponomaryovla (2756) qarşılaşıb. Tərəflər 31-ci gedişdə heç-heçəyə razılaşıblar.
Digər lövhədə yerli idmançı Liviu-Diter Nisipianu (2665) ilə italiyalı Fabianu Karuana (2796) qarşılaşırlar. Həmin partiyada hələ ki, 50 gediş oynalınıb.
Bu tur Van Xao (2733) istirahət edib.
Yarış dubl raund-robin sistemi ilə 10 turdan ibarət keçirilir. Rəqabətə ayın 16-da yekun vurulacaq.