NTV: Şəhriyar Məmmədyarov son aylardakı əzmkar oyununun nəticəsini gördü
7 oktyabr 2013 13:06
Rusiyanın NTV kanalında yayımlanan "Şahmat icmalı" verilişində azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarovun iddiaçılar turnirinə vəsiqə alması barədə danışılıb. Azerisport.az xəbər verir ki, aparıcı Məmmədyarovun layiqli olaraq mötəbər yarışa qatılacağını deyib:
"Şəhriyar son aylar layiqli mübarizə aparır. Üzərində çox işləyir və qələbə qazanır. Həm Məmmədyarov, həm Karuana bu yarışa vəsiqə qazana bilərdi. Belədə Məmmədyarov əzmkar oyununun bəhrəsini gördü. İddiaçılar turnirin harda keçiriləcəyi dəqiqləşdəndən sonra son iştirakçı də məlum olacaq. Təşkilatçı ölkə yüksək reytinqə görə Karuana və ya Nakamuranın turnirdə iştirakına kömək edə bilər”.