Məmmədyarov Aronyanla sülh bağladı
8 oktyabr 2013 22:01
İspaniyanın Bilbao şəhərində “Böyük dəbilqə” beynəlxalq şahmat turnirində bu gün 2-ci tur arxada qalıb. Azerisport.az xəbər verir ki, milli komandamızın aparıcı üzvü Şəhriyar Məmmədyarov (2759) hesabat turunda Levon Aronyanla (2795) üz-üzə gəlib.
“Şah” bu matçda qara fiqurlarla oynayıb, Nimtsoviç müdafiəsinə üstünlük verib. Təmsilçimiz mittelşpildə rəqibin şah cinahına hücuma cəhd göstərib.
Endşpilə doğru erməni qrossmeyster əks-həmlə edib. Şəhriyar vəziri ilə vəziyyətdən çıxa bilib; rəqibə daimi şah elan edib. Şahmat oyununda bir gediş 3 dəfə təkrar olduqda, qeyri-şərtsiz heç-heçə qeydə alınır.
Digər partiyada ingiltərəli Maykl Adams (2753) fransalı həmkarı Maksim Vaşye-Laqravla (2742) görüşur. Bu partiyada hələ ki, 22 gediş oynalınıb.
2 turdan sonra qrossmeysterimizin hesabında 1 xal var.