Teymur yenə heç-heç etdi
8 oktyabr 2013 21:27
Rumıniyanın paytaxtı Buxarestdə “Kings” beynəlxalq yarışı davam edir. Azerisport.az xəbər verir ki, 5 şahmatçının iştirak etdiyi mübarizədə bu gün Teymur Rəcəbov (2733) qara fiqurlarla, onunla eyni əmsala malik çinli Van Xao ilə görüşüb.
Həmyerlimiz mittelşpildə mərkəzi ələ keçirərək, rəqibin fiqurlarını geriyə sıxışdırıb. Endşpildə keçid piyadasına yiyələlənən Teymur təəssüf ki, onu sonadək qoruya bilməyib. Belədə, 36-cı gedişdə sülhlə barışmalı olub – 0,5:0,5.
Maraqlıdı ki, rusiyalı Ruslan Ponomaryov (2756) ilə rumıniyalı Liviu-Diter Nisipianu (2665) arasında matç da, bu gedişdən sonra dayanıb və tərəflər heç-heçəyə razılaşıblar.
İkinci turda italiyalı Fabianu Karuana (2796) istirahət edib. Bütün qrossmeysterlərin hesabında indi 1 xal var.