Teymur Rəcəbov Çin səddini aşa biləcəkmi?
8 oktyabr 2013 14:42
Rumıniya paytaxtı Buxarestdə “Kings” beynəlxalq yarışı davam edir. Azerisport.az xəbər verir ki, 5 şahmatçının iştirak etdiyi mübarizədə, bu gün Teymur Rəcəbov (2733) qara fiqurlarla, onunla eyni əmsala malik çinli Van Xao ilə görüşəcək.
Qarşı tərəfdə rusiyalı Ruslan Ponomaryov (2756) rumıniyalı Liviu-Diter Nisipianu (2665) ilə münasibətinə aydınlıq gətirəcək.
II turda yarışın vahid lideri italiyalı Fabianu Karuana (2796) istirahət edəcək. Digər 4 qrossmeysterin 0,5 xalı var.