Şəhriyar bu dəfə məğlub oldu
9 oktyabr 2013 23:15
İspaniyanın Bilbao şəhərində “Böyük dəbilqə” beynəlxalq şahmat turniri davam edir. Azerisport.az xəbər verir ki, 3-cü turda həmyerlimiz Şəhriyar Məmmədyarov (2759) qara fiqurlarla fransalı Maksim Vaşye-Laqravla (2742) qarşılaşıb.
Mittelşpildən sonra təşəbbüsü ələ alan rəqib, 40-cı gedişdə qrossmeysterimizi təslim olmağa məcbur edib -1:0.
Digər partiyada ingiltərəli Maykl Adams (2753) ermənistanlı həmkarı Levon Aronyanla (2795) xalı yarıya bölüb.
3 görüşdən sonra Şəhriyarın hesabında 1 xal var. Yarış cədvəlinə 2 xalla Adams başçılıq edir.