Şəhriyardan üçüncü heç-heçə
10 oktyabr 2013 23:15
İspaniyanın Bilbao şəhərində “Böyük dəbilqə” beynəlxalq şahmat turniri davam edir. Azerisport.az xəbər verir ki, həmyerlimiz Şəhriyar Məmmədyarov (2759) 4-cü turda ağ fiqurlarla ingiltərəli Maykl Adamsla (2753) qarşılaşıb.
Bu partiyada qrossmeysterlər Nimtsoviç müdafiəsinə üstünlük veriblər. Bərabər şəraitdə keçən matçda tərəflər 27-ci gedişdə xalı yarıya bölüblər - 0,5:0,5
Digər lövhədə Levon Aronyanla (2795) fransalı həmkarı Maksim Vaşye-Laqrav (2742) görüşürlər. Bu mübarizədə 42-ci gediş hələlik 42 gediş oynanılıb.
4 turdan sonra Şəhriyarın hesabın 1,5 xal var.