Məmmədyarovdan növbəti sülh
12 oktyabr 2013 01:44
İspaniyanın Bilbao şəhərində “Böyük dəbilqə” beynəlxalq şahmat turnirində dünən 5-ci tur oynanılıb. Azerisport.az xəbər verir ki, hesabat turunda həmyerlimiz Şəhriyar Məmmədyarov (2759) ağ fiqurlarla fransalı Maksim Vaşye-Laqravla (2742) görüşüb.
Rəqib taktikanı Kohnə hind müdafiəsi üzərində qurub. Gərgin matçda qrossmeysterlər 60 gediş oynayıblar. Lövhədə demək olar ki, butun fiqurlar vurulub və partiya heç-heçə bitib.
Digər matçda Levon Aronyanla (2795) ingiltərəli Maykl Adamsı (2753) üstəlyib - 1:0.
Turnir cədvəlinə 9 xalla Aronyan başçılıq edir. Adamsın 6, Vaşye-Laqravın 5, Məmmədyarovun 4 xalı var.