Teymur yenə üstünlüyündən yararlana bilmədi
12 oktyabr 2013 22:15
Rumıniyanın paytaxtı Buxarestdə “Kings” beynəlxalq yarışı davam edir. Azerisport.az xəbər verir ki, həmyerlimiz Teymur Rəcəbov (2733) 6-cı turda rusiyalı Ruslan Ponomaryovla (2756) görüşüb. Qara fiqurlarla çıxış edən şahmatçımız Siciliya müdafiəsi oynayıb.
Rəqiblər zaman-zaman fiqurları dəyişdiriblər. Endşpildə toplu sonluq qeydə alınıb. Rəcəbov burada keçid piyadasına sahib olub. Amma Ponomaryovun ağır fiquru onun vəzir çevrilməsini əngəlləyib. Belədə, təmsilçimiz 48-ci gedişdə sülh təklif edib.
Digər lövhədə italiyalı Fabianu Karuana (2796) yerli şahmatçı Liviu-Diter Nisipianu (2665) ilə qarşılaşıb. Bu matç da heç-heçə bitib.
Hazırda Teymurun hesabında 2 xal var. Sözügedən turda çinli Van Hao (2733) istirahət edib.