Şəhriyar sonuncu olmadı
12 oktyabr 2013 23:30
İspaniyanın Bilbao şəhərində “Böyük dəbilqə” beynəlxalq şahmat turniri başa çatıb. Azerisport.az xəbər verir ki, sonuncu, 6-cı turda milli komandamızın aparıcı üzvü Şəhriyar Məmmədyarov (2759) qara fiqurlarla yarışın reytinq favoriti Levon Aronyanla (2795) qarşılaşıb.
Təmsilçimiz bu partiyada Slavyan müdafiəsi oynayıb. Gərgin mübarizədə qrossmeysterlər 38-ci gedişdə heç-heçəyə razılaşıblar.
Digər matçda fransalı Maksim Vaşye-Laqrav (2742) ingiltərəli Maykl Adamsla (2753) görüşüb. Bu mübarizədə adı son çəkilən şahmatçı qalib gəlib - 1:0.
Yarışın qalibi 10 xal toplamış Aronyan olub. Adams 9, Məmmədyarov və Vaşye-Laqrav hərəyə 5 xal yığıblar.