Rəcəbov Hao ilə heç-heçə etdi
13 oktyabr 2013 23:03
Rumıniyanın paytaxtı Buxarestdə “Kings” beynəlxalq yarışı davam edir. Azerisport.az xəbər verir ki, həmyerlimiz Teymur Rəcəbov (2733) 7-ci turda ağ fiqurlarla çinli Van Hao (2733) ilə qarşılaşıb.
Rəqib Slavyan müdafiəsinə üstünlük verib. Bərabər şəraitdə keçən görüşdə tərəflər 46-cı gedişdə xalı yarıya bölüblər.
Digər partiyada yerli şahmatçı Liviu-Diter Nisipianu (2665) rusiyalı Ruslan Ponomaryovla (2756) heç-heçə oynayıb.
Hazırda Teymurun hesabında 2,5 xal var. Bu turda italiyalı Fabianu Karuana (2796) istirahət edib.