Sülhsevər Teymur yenə qələbə qazana bilmədi
15 oktyabr 2013 21:30
Rumıniya paytaxtı Buxarestdə beynəlxalq «Kings» şahmat turniri yekunlaşmaq üzrədi. Azerisport.az xəbər verir ki, 9-cu turda həmyerlimiz Teymur Rəcəbov (2733) qara fiqurlarla yerli Liviu-Diter Nisipianu (2665) ilə qarşılaşıb.
Bu partiyada qrossmeysterimiz Siciliya müdafiəsi oynayıb. Bərabər şəraitdə keçmiş görüşdə tərəflər 32-ci gedişdə sülh bağlayıblar. Təmsilçimizin hesabında 3 xal var.
Digər lövhədə 4,5 xalla yarış cədvəlinə başçılıq edən italiyalı Fabianu Karuana (2796) ilə çinli Van Xao (2733) üz-üzə gəliblər. Həmin maçtda hələlik 21 gediş oynanılıb.
Bu tur rusiyalı Ruslan Ponomaryov (2756) istirahət edib.
Yarış dubl raund-robin sistemi ilə 10 turdan ibarət keçirilir. Rəqabət sabah başa çatacaq.