Şəhriyar Məmmədyarovun taca yolu Xantı-Mansiyskidən keçəcək
15 oktyabr 2013 12:46
Dünya şahmat tacına iddiaçıların yarışı Xantı-Mansiyskidə baş tutacaq. Azerisport.az xəbər verir ki, milli komandamızın aparıcı şahmatçısı Şəhriyar Məmmədyarovun (2759) qatılacağı turnirin keçirilmə məkanı öncədən Bolqarıstan göstərilsə də, balkanların təşkilağçıldıqdan imtina etməsindən sonra, bu hüquq Rusiya şəhərinə verilib.
Baş mükafat uğrunda mübarizəyə gələn ilin martın 12-də start veriləcək. 18 günlük rəqabətdə Vladimir Kramnik (2796), Sergey Karyakin (2762), Dmitri Andreykin (2706; hər üçü - Rusiya), Veselin Topalov (2771; Bolqarıstan), Levon Aronyan (2795; Ermənistan) iştirak edəcəklər.
Bundan başqa, Vişvanatan Anand (2775; Hindistan) ilə Maqnus Karlsen (2870; Norveç) arasında oynanılacaq dünya çempionğu matçında məğlub tərəf və ev sahibindən bir qrossmeyster bu yarışa qatılacaq.