Teymur son matçda da heç-heçə etdi
16 oktyabr 2013 17:34
Bu gün Rumıniya paytaxtı Buxarestdə «Kings» beynəlxalq turniri başa çatıb. Azerisport.az xəbər verir ki, 5 şahmatçının iştirak etdiyi rəqabətdə, 10-cu turda Teymur Rəcəbov (2733) qara fiqurlarla yarışın şəksiz lideri Fabianu Karuana (2796) ilə qarşılaşıb.
Həmyerlimizlə görüşdə italiyalı qrossmeyster Slavyan müdafiəsinə üstüklük verib. Sakit və bərabər keçən mübarizədə tərəflər erkən heç-heçə ediblər. Bu yarışda təmsilçimiz 3,5 xal toplayıb.