Avropa Kubokunda iştirak edəcək klublarımızın heyəti açıqlandı
18 oktyabr 2013 13:32
Şahmat üzrə Avropa Kubokunda iştirak edəcək SOCAR-Azerbaijan və Odlar Yurdu klubları Yunanıstana yola düşüb. Azerisport.az xəbər verir ki, Vladimir Tukmakov və Emil Sutovskinin rəhbərliyi altında iştirak edəcək komandalar artıq yarışın keçiriləcəyi Rodos adasına çatıb.
Sabah kapitanların yarış ərəfəsində ənənəvi toplantısı olacaq. Turnirin açılış mərasimi və ilk tur bazar günü oynanılacaq. Görüşlər Bakı vaxtı ilə saat 16-dа başlayacaq. Yarışın reytinq favoriti SOCAR-dı. Odlar Yurdu 8-ci komandadı.
SOCAR-Azerbaijannın heyəti: Fabiano Karuana, Aniş Giri,Qata Kamski, Van Xao,Veselin Topalov, Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov və Eltac Səfərli.
“Odlar Yurdu”nun heyəti: Emil Sutovski (oynayan kapitan), Rauf Məmmədov, Qədir Hüseynov, Nicat Məmmədov, Vasif Durarbeyli, Vüqar Rasulov, Nicat Mammadov, Zaur Mammadov.