SOCAR-Azerbaijan vahid lider oldu
24 oktyabr 2013 23:35
Yunanıstanın Rodos adasında şahmat klublarının Avropa kuboku uğrunda mübarizəsi davam edir. Azerisport.az xəbər verir ki, bu gün 5-ci tur oynanılıb. Yarışın favoritlərindən sayılan “SOCAR-Azerbaijan” Rusiyanın “Yuqra” komandası ilə qarşılaşıb.
Gərgin mübarizədə “neftçilər” 4:2 qalib gəliblər və vahid liderliyi yüksəliblər. Digər təmsilçimiz “Odlar Yurdu”nun da rəqibi şimal kollektivi olub. “Malahit”lə matç heç-heçə bitib (3:3).
Turnir cədvəli: SOCAR - 8 xal (19,5 şəxsi), “Yuqra” 8 (19), ”Odlar yurdu” - 7 (19).
SOCAR-Azerbaijan – Yuqra 4:2
Fabiano Karuana – Dmitri Yakovenko 0,5:0,5
Teymur Rəcəbov – Petr Leko 0,5:0,5
Veselin Topalov – Anton Korobov 1:0
Qata Kamski – Sergey Rublevski 0,5:0,5
Van Xao – Aleksey Dreyev 1:0
Aniş Giri – Denis Xismatullin 0,5:0,5
Odlar Yurdu – Malaxit 3:3
Emil Sutovski – Aleksandr Qrişuk 0,5:0,5
Vasif Durarbəyli – Serqey Karyakin 0,5:0,5
Nicat Məmədov – Aleksandr Morozeviç 0,5:0,5
Vüqar Rəsulov – Aleksandr Ryazançev 0,5:0,5
Nicat Abbasov – Aleksandr Motılyev 0,5:0,5
Rauf Məmmədov – Viktor Boloqan 0,5:0,5