Avropa kuboku: Azərbaycan - Rusiya
24 oktyabr 2013 11:45
Yunanıstanın Rodos adasında şahmat klublarının Avropa kuboku uğrunda mübarizəsi davam edir. Azerisport.az xəbər verir ki, yarışın favoritlərindən sayılan “SOCAR-Azerbaijan” bu gün növbəti matçda “Yuqra” komandası ilə qarşılaşacaq.
Digər təmsilçimiz “Odlar Yurdu”nun rəqibi “Malahit” klubu olacaq. Şər 2 kollektiv Rusiyanın şərəfini qoruyur.
Qeyd edək ki, Azərbaycan komandaları yarış cədvəlində liderlər qrupunda mövqeyini qoruyurlar.
Turnir cədvəli: SOCAR - 8 xal (15,5 şəxsi), “Yuqra” 8, ”Odlar yurdu” - 7 (19).