Kişi şahmatçılarımız komandalararası dünya çempionatında
25 oktyabr 2013 14:10
Kişi şahmatçılardan ibarət Azərbaycan yığması komandalar arasında dünya çempionatında iştirak edəcək. Azerisport.az xəbər verir ki, mötəbər yarışa 10 komanda qatılacaq.
Bunlar Rusiya, Ukrayna, Hollandiya, Ermənistan, Almaniya, ABŞ, Çin, Misir və təşkilatçı ölkə Türkiyədir. Reqlamentə əsasən 10-cu ölkə FİDE prezidenti tərəfindən dəvətnamə əsasında seçilir. FIDE prezidenti Kirsan İlyumjinov Azərbaycan yığmasını dəvət edib. Azərbaycan Şahmat Federasiyası turnirdə iştirakını təsdiqləyib.
Yarış noyarbrın 24-dən dekabrın 6-nadək Türkiyənin Antalya şəhərində keçiriləcək.