SOCAR-Azerbaijan 3-cü oldu
26 oktyabr 2013 22:45
Yunanıstanın Rodos adasında şahmat klubları arasında Avropa kuboku uğrunda turnir başa çatıb. Azerisport.az xəbər verir ki, bu gün 7-cı tur oynanılıb.
Yarışın favoritlərindən sayılan “SOCAR-Azerbaijan” Sankt-Peterburq Şahmat Federasiyasının komandası ilə qarşılaşıb.
Gərgin mübarizədə bütün partiyalarda heç-heçə qeydə alınıb. Bu nəticədən sonra “neftçilər” turinri 3-cü sırada bitiriblər. Digər təmsilçimiz “Odlar Yurdu” Rusiyanın “Yuqra” kollektivinə uduzub.
Turnir cədvəli: “Novı Bor” 13 xal, “Malahit” - 12, SOCAR 11.
SOCAR-Azerbaijan - Sankt-Peterburq Şahmat Federasiyası 3:3
Fabiano Karuana - Petr Svidler 0,5:0,5
Veselin Topalov - Lenyer Dominges 0,5:0,5
Qata Kamski - Nikita Vityuqov 0,5:0,5
Şəhriyar Məmmədyarov - Serqey Movsesyan 0,5:0,5
Van Xao - Maksim Matlakov 0,5:0,5
Aniş Giri - Zaxar Efimenko 0,5:0,5
Yuqra - Odlar Yurdu 5:1
Dmitri Yakovenko - Emil Sutovski 1:0
Petr Leko - Qədir Hüseynov 0,5:0,5
Anton Korobov - Vasif Durarbəyli 1:0
Sergey Rublevski - Nicat Məmmədov 1:0
Aleksey Dreyev - Rauf Məmmədov 0,5:0,5
Denis Xismatullin - Zaur Abbasov 1:0