Şəhriyar yenidən TOP-10-da
1 noyabr 2013 21:15
FİDE noyabr ayı üçün reytinq cədvəlini açıqlayıb. Azerisport.az xəbər verir ki, milli komandamızın aparıcı şahmatçısı Şəhriyar Məmmədyarov (2757) ilk “onluğ”a qayıdıb.
Digər qrossmeysterimiz Teymur Rəcəbov (2715) sıralamada 33-cüdür. Eltac Səfərli (2653) də bu ay reytinqini yaxşılaşdırıb - 99-cu yer.
Ümumi siyahıda liderlər dəyişməz qalıb: 1.Maqnus Karlsen (2870, Norveç); 2. Levon Aronyan (Ermənistan, 2801); 3. Vladimir Kramnik (Rusiya, 2793).