Şəhriyar Məmmədyarov: Sanki Rusiya yığması dünya komandasıyla qarşılaşacaq
3 noyabr 2013 12:06
Kişi şahmatçılardan ibarət Azərbaycan yığmasının lideri Şəhriyar Məmmədyarov azerisport.az saytına müsahibəsində gələnil Xantı-Mansiyskdə keçiriləcək dünya çempionluğuna iddiaçıların turniriylə bağlı fikirlərini söyləyib:
“Turnirdə güclü rəqabət olacaq. Xantı-Mansiysk deyəndə ilk olaraq soyuq yada düşür. Orada hava soyuq olacaq. Şəhər rəhbərliyi şahmata böyük məhəbbətiylə seçilir. Xantı-Mansiyskdə keçirilən rapid üzrə dünya çempionatında qələbə qazanmışam. Mənim üçün uğurlu yerdi. Yarışda 4 rus şahmatçı yarışacaq. 4-cü namizədi təşkilatçılar özləri seçəcək. Demək istəyirəm ki, meydan sahiblərinin şansı bir qədər yüksəkdi. 4 rus şahmatçı iştirakçıların yarısı deməkdi. Sanki Rusiya yığması dünya komandasıyla qarşılaşacaq”.