Vüqar Həşimovun səhhətində irəliləyiş var
6 noyabr 2013 17:31
Milli komandamızın aparıcı üzvü Vüqar Həşimovun səhhətində irəliləyiş var. Bu barədə azerisport.az saytına şahmatçının ailəsindən məlumat verilib. Deyilib ki, qrossmeysterimiz Almaniyada müalicəsini davam etdirir:
“Vüqar yavaş-yavaş özünə gəlir. Arada onunla əlaqə saxlayırıq. Qaldığı xəstaxanada internet olmadığı üçün, qardaşımla mobil telefonla danışırıq. Atam da onun yanındadır. İnanırıq ki, o, bir müddət sonra tam sağalaraq, şahmata qayıdacaq”.