"Həşimovsuz Azərbaycan üçün çətin olacaq"
6 noyabr 2013 18:27
Rusiyanın ROSSİYA kanalı Varşavada start götürən şahmat üzrə komandalar arasında Avropa çempionatıyla bağlı reportaj hazırlayıb. Azerisport.az xəbər verir ki, süjetdə Azərbaycan millisinin şansları yüksək qiymətləndirilməyib:
"Azərbaycan həmişə güclü heyətlə fərqlənib. Sadəcə indi komandada ancaq 2 şahmatçının reytinqi 2700-dən yuxarıdı. Bu halda mükafatçılar sırasına düşmək çətin olacaq. Vüqar Həşimovun səhhətində olan problemə görə milliyə kömək edə bilmir. Ehtiyat heyəti olmayan Azərbaycan üçün Rusiya, Ermənistan, Ukrayna, Fransa kimi komandalarla müqavimət aparmaq asan olmayacaq".