"Millinin AÇ-də qızıl medal qazanması əsl sürpriz olacaq"
6 noyabr 2013 00:07

Kişi şahmatçılardan ibarət Azərbaycan yığmasının lideri Şəhriyar Məmmədyarov azerisport.az saytına müsahibəsində SOCAR-Azerbaijan klubunun Avropa Kubokundakı çıxışından, yığmanın hazırlığından və Avropa çempionatındakı şanslardan danışıb.
- SOCAR Azerbaijanın çıxışı birmənalı qarşılanmadı. Sanca bürünc medal uğursuzluq sayılmalıdı?
- Medal qazanmaq heç vaxt uğursuzluq sayıla bilməz. Əlbəttə, SOCAR-Azerbaijan yarışın əsas favoriti idi və ondan hamı qələbə gözləyirdi. 5 turdan sonra 1-ci yerdə getsək də? sona qədər liderliyi qoruya bilmədik. "Yuqra" və ya Sankt-Peterburq komandası mükafatçılar arasında olmadı. Turnirdə kifayət qədər güclü rəqiblər var idi. Bir uğursuzluq hər şeyi alt-üst etdi. Bürünc medalı normal nəticə kimi qəbul edirəm. Bu faciə deyil.
- Titulu qoruya bilməməkdə əsas səbəb nədi?
- 6-cı turda qeydə alınan nəticə bizim üçün gözlənilməz oldu. İlk 3 lövhə 0 xal yığdı. Əgər belə yarışlarda ilk 3 lövhə xal yığmırsa, həmin görüş 95% məğlubiyyətlə nəticələnir. Avropa Kubokunda çempionluq üçün gərək hər bir görüşü qalib kimi başa vurasan.
- Yığmanın heyəti bir qədər zəifləyib. Varşavada keçiriləcək Avropa çempionatında məqsəd nə olacaq?
- Komandamızın uğurlu çıxış etməsini arzulayıram. Amma reallıq var. Son açıqlanan reytinqə görə Azərbaycan yığması yarışın 6-cı komandasıdı. Artıq biz favorit deyilik. Bu dəfəki turnir son illərin ən çətin Avropa çempionatı olacaq. Polşada qazanılacaq istənilən medal uğur sayılmalıdı. Çünki, ənənəvi heyətlə mübarizə aparmayacağıq.
- Yəqin, Vüqar Həşimovun yoxluğunu nəzərdə tutursuz?
- Vüqar Həşimovun yoxluğu adi qarşılanmamalıdı. Onunla biz reytinqdə 3-cü olurduq. İndi görün nə qədər reytinq itirdik və 6-cı komandayıq. Həm də Fransa və İngiltərə komandasında oynayan şahmatçıların reytinqi artıb.
- Deməli yığma komanda medalsız da qala bilər...
- İlk üçlüyə düşməsək, sürpriz olmayacaq. Yox əgər qızıl və ya gümüş medaldan danışırsınızsa, vəziyyət daha çətindi. Qızıl və ya gümüş medal qazanmaq boydan yuxarı tullanmaq deməkdi.
- Bəzi komandalarda liderlər oynamayacaq. Bu bizim işimizə yarayacaq...
- Ukraynada İvançuk və Ponomaryov olmayacaq. Amma onların başqa reytinqi 2700-dən yuxarı şahmatçıları var. Rusiyada Kramnik oynamayacaq. Amma bu, o qədər də hiss edilməyəcək. Çünki, Rusiyanın ehtiyyat qüvvəsi çoxdu.
- Yeni kapitan barədə nə deyə bilərsiz?
- Yarışa yollanmazdan əvvəl Aleksandr Xalifmanla Bakıda görüşdük və bəzi müzakirələr apardıq. O bizə tanış insandı. Bizi yaxından tanıyır. Vaxtilə mənlə və Rauf Məmmədovla məşğul olub. Sözün düzü, əvvəlki kapitanlardan narazı deyiləm. Mənim heç vaxt kapitanlarla problemim olmayıb. Xalifmanla məsləhətləşmək bizə yaxşı mənada təsir edəcək. Hər şeyi daha dəqiq zaman göstərəcək. Bu bizim onun rəhbərliyi altında ilk yarışımızdı, yaşayarıq, görərik.
- Avropa çempionatından sonra komandalar arasında dünya çempionatı gəlir. Ardıcıl yarışlardan sonra yorğunluq ola bilərmi?
- Şəxsi yarışlarda iştirakdan sonra komanda yarışlarına qoşuldum. Bilirsiniz ki, ardıcıl bir neçə turnirdə mübarizə apardım. Sonra Avropa Kuboku, Avropa çempionatı, ardınca isə dünya çempionatı olacaq. Yorğunluq ola bilər. Hər halda güclü turnirlərdi. Amma nə etmək olar. Bu şəxsi yarışlar deyil, yığmanın iştirak etdiyi turnirdi. Mənim üçün isə yığmada oynamaq şərəfdi.
- Dünya çempionluğuna iddiaçıların turniri Xantı-Mansiyskdə keçiriləcək. Yer baxımından şəhər sizin üçün uğurludu?
- Bu şəhərdə rapid üzrə dünya çempionu olmuşam. Amma Xantı-Mansiysk olduğundan təşkilatçılar daha bir Rusiya şahmatçısını sifariş edə bilər. Xantı-Mansiysk deyəndə adamın ağlına ilk olaraq soyuq gəlir. Amma 8 iştirakçıdan yarısının meydan sahibi olması şansları dəyişir. Sanki Rusiya yığması dünya komandasına qarşı oynayacaq. Fikrimcə, yerli şahmatçıların şansları artdı.