"Rusiya yığmasının əsas rəqibi Azərbaycan şahmatçılarıdı"
7 noyabr 2013 14:01
Moskva Şahmat Federasiyasının vitse-prezidenti Sergey Smagin Rusiya millisinin Polşa paytaxtı Varşavada keçiriləcək komandalararası Avropa çempionatında vəziyyətini dəyərləndirib. Azerisport.az xəbər verir ki, şimallı mütəxəssis, heyətdə güclü qrossmeysterlərin olmasına baxmayaraq, bəzi kollektivlərdən çəkindiyini deyib:
“Bizim komandada çempionlar toplaşıb. Ola bilər, liderlərin yorğun olması, bir az işimizə əngəl oldu. Onlar fasiləsiz şahmat oynayırlar. Elə bu durum sonda bizim uşaqların nə dərəcədə enerjili olduğunu göstərəcək. Rusiya millisinin əsas rəqibləri sırasında Azərbaycan, Ermənistan və İngiltərəni görürəm”.