Azərbaycan İsveç və Ukrayna ilə üz-üzə
8 noyabr 2013 10:40
Bu gün Polşa paytaxtı Varşavada komandalararası Avropa çempionatı başlayacaq. Azerisport.az xəbər verir ki, ilk turda şahmatçılarımızın qarşılaşacaqları rəqiblər bəllidir.
Kişilərdən fərqli, qadın millimizə startda yarışın favoritlərindən olan Ukrayna kollektivi düşüb.
1-ci tur:
AZƏRBAYCAN - İSVEÇ
Şəhriyar Məmmədyarov - Nils Qrandelius
Teymur Rəcabov - Hans Tikkanen
Eltac Səfərli - Emmanuel Berq
Rauf Məmmədov - Pontus Karlsen
AZƏRBAYCAN - UKRAYNA
Gülnar Məmmədova - Yekaterina Laqno
Zeynəb Məmmədyarova - Anna Uşenina
Xəyalə Abdulla - Mariya Muzıçuk
Turkan Məmmədyarova - Natalya Jukova