Yığmalarımız qələbə qazandı
9 noyabr 2013 23:00
Bu gün Polşa paytaxtı Varşavada komandalararası Avropa çempionatında 2-ci tur oynanılıb. Azerisport.az xəbər verir ki, kişi şahmatçılarımız bolqarıstanlı həmkarları ilə görüşüblər.
Start heç də istədiyimiz kimi başlamayıb. Millimizin aparıcı üzvü Şəhriyar Məmmədyarovun yarışlarda ardıcıl çıxışın yaranan yorğunluq özünü büruzə verib.
Qrossmeysterimiz balkanların lideri Veselin Topalova uduzub. Sevindiricidi ki, 3-cü və 4-cü lövhələrdə əyləşən şahmatçılarımız qalib gələrək, vəziyyəti xeyrimizə dəyişiblər. Komandamızın hesabında 3 xal var.
Qadınlardan ibarək seçməmiz İtaliya kollektivi ilə qarşılaşıb. Millimiz zəif rəqini üstələyib. Yığmamız 2 xala malikdi.
2-ci tur:
AZƏRBAYCAN - BOLQARISTAN - 2,5:1,5
Şəhriyar Məmmədyarov - Veselin Topalov 0:1
Eltac Safarli - Krasimir Rusev 0,5:0,5
Rauf Məmmədov - Vladimir Petkov 1:0
Qədir Hüseynov - Petar Arnaudov 1:0
AZƏRBAYCAN - İTALİYA - 2,5:1,5
Gülnar Məmmədova - Yelena Sedina 0,5:0,5
Zeynəb Məmmədyarova - Olqa Zimina 1:0
Türkan Məmmədyarova - Marina Brunello 0:1
Nərgiz Umudova - Roberta Messina 1:0