Millimiz Bolqarıstan və İtaliya ilə üz-üzə
9 noyabr 2013 11:05
Bu gün Polşa paytaxtı Varşavada komandalararası Avropa çempionatında 2-ci tur oynanılacaq. Azerisport.az xəbər verir ki, kişi şahmatçılarımız bolqarıstanlı həmkarları ilə görüşəcəklər.
Millimiz ilk turda İsveçdə xal itirdikdən sonra, baş məşqçisi Şəhriyar Məmmədyarovu da döyüşə atıb.
Qadınlardan ibarək seçməmiz İtaliya kollektivi ilə qarşılaşacaq.
2-ci tur:
AZƏRBAYCAN - BOLQARISTAN
Şəhriyar Məmmədyarov - Veselin Topalov
Teymur Rəcəbov - Krasimir Rusev
Eltac Safarli - Vladimir Petkov
Rauf Məmmədov - Petar Arnaudov
Turnir cədvəli: Rumıniya, Ukrayna, İngiltərə - 2 xal, 18. Azərbaycan - 1.
AZƏRBAYCAN - İTALİYA
Gülnar Məmmədova - Yelena Sedina
Zeynəb Məmmədyarova - Olqa Zimina
Xəyalə Abdulla - Marina Brunello
Türkan Məmmədyarova - Roberta Messina
Turnir cədvəli: Fransa, Rumıniya, Gürcüstan - 2 xal, 23. Azərbaycan - 0