Kişi şahmatçılarımız İsveçlə bacarmadı
9 noyabr 2013 00:07
Dünən Polşa paytaxtı Varşavada komandalararası Avropa çempionatı başlayıb. Azerisport.az xəbər verir ki, ilk partiyada kişi şahmatçılarımız isveçli həmkarları ilə görüşüblər.
2-ci lövhədə əyləşən Eltac Səfərlinin gözlənilməz məğlubiyyəti, sonra millimizin heç-heçə etməsi ilə nəticələnib (2:2) və Azərbaycan ilk cəddə zəif rəqibdən xal itirb.
Kişilərdən fərqli, qadın seçməmizə startda güclü rəqib düşüb. Komandamız yarışın favoritlərindən olan Ukraynaya 1:3 hesabı ilə uduzub.
1-ci tur:
AZƏRBAYCAN - İSVEÇ 2:2
Teymur Rəcəbov - Nils Qrandelius 0,5:0,5
Eltac Səfərli - Hans Tikkanen 0:1
Rauf Məmmədov - Emmanuel Berq 0,5:0,5
Qədir Hüseynov - Pontus Karlsen 1:0
AZƏRBAYCAN - UKRAYNA 1:3
Gülnar Məmmədova - Yekaterina Laqno 0:1
Zeynəb Məmmədyarova - Anna Uşenina 0:1
Xəyalə Abdulla - Mariya Muzıçuk 0:1
Turkan Məmmədyarova - Natalya Jukova 1:0